“WhatsApp”dan gözlənilən YENİLİK - Artıq bu şəbəkədə...
12 Fevral 2018 08:40 Sosial"WhatsApp" daha bir yeniliyi istifadəçilərinə təqdim edib.
Metbuat.az xəbər verir ki, artıq sosial şəbəkədə pulköçürmə sisteminin tətbiqinə başlanılır.
Yeni ödəniş sistemi Hindistanda sınaqdan keçirilib
Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.
Pulköçürmə sistemi "Unified Payments Interface" (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər.
İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin "WeChat" messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00