Samiraldo sonuncu dəfə efirə çıxdı - FOTO
10 Fevral 2018 11:40 SosialBu gün "Oyan Azərbaycan"ın qonağı çoxdandır efirlərdə görünməyən stilist Samiraldo kimi tanıdığımız Samir Əliyev olub. Samiraldo bunun ilk və son efiri olduğunu deyib: "Bu verilişdən sonra, çox kanallar, çox insanlar, çox efirlər məndən inciyəcək. Çünki mən heç bir efirə çıxmıram, bundan sonra da çıxmayacam. Bu, mənim son efirimdir. Amma səni qırmadım. Mən sənin təklifinə yox deyə bilməzdim. Çünki bizim aramızda əsl dostluq, səmimiyyət var". Stilist efirə çıxmaqdan imtina etməsini tamaşaçıların onun barəsində təhqiramz fikirlər səsləndirməsi ilə əlaqələndirib. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00