Pensiyaların neçə faiz artırıldığı açıqlandı
10 Fevral 2018 11:37 SosialAzərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib və pensiyalar da buna uyğun 5,7 faiz artırılacaq.
Səlim Müslümov əlavə edib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 000 nəfərinə və ya 94 faizinə şamil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00