Milli.Az xəbər verir ki, "Səni axtarıram"da oğlunun öldürüldüyünü düşünən ana hətta bunu yuxuda da gördüyünü sözlərinə əlavə edib.
Verilişin çəkiliş heyəti Kamranın qardaşı Elxanı çəkmək istəsə də o nə üzünün göstərilməsinə icazə verməyib, nə də verilişdə iştirak təklifini qəbul edib. Elxanı qardaşını qətlə yetirdiyini iddia etdiyi iki nəfərin olduğunu açıqlasa da, bu barədə heç kimə heç nə deməyəcəyini bildirib.
Qeyd edək ki, itkin düşən şəxs onlara məxsus olduğu deyilən mülkü satsa da, ailəsinə pul verməyib. Qardaşı Elxanın da o vaxtdan Kamranla ədavətinin olduğu iddia edilir.
Verilişdə şübhəni artıran digər məqam isə Kamranın son zamanlar birgə spirtli içki qəbul etdiyi Mişanın açıqlaması olub. İçkili halda olan Mişa deyilən şəxs aparıcı Xoşqədəmə verdiyi açıqlamada Kamranın içki almaq üçün "getdilər" dedikdən sonra, dərhal "getdi" ifadəsi ilə düzəliş etməsi olub. Onu da əlavə edək ki, Kamran yoxa çıxdıqdan sonra, indi Elxan tez-tez Mişanın evinə gedib, içki içirlər.
Verilişdən tükürpədən kadrları təqdim edirik:

