Masazırda ağır qəza: sərnişin dolu avtobus divara çırpıldı - FOTO
4 Fevral 2018 15:16 SosialSərnişinlə dolu 199 nömrəli avtobus Masazırda ağır qəzaya düşüb. Hadisə "Masazır dairəsi" adlanan ərazidə baş verib.
Belə ki, dairəyə daxil olan avtobus "Hyundai" markalı maşına dəyib və daha sonra divara çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil. Baku.ws
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31