“Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd olundu
Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, BDU-nun Böyük akt zalında baş tutan tədbiri açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət və qayğısının, bu sahədə müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.
28 Dekabr 2017 09:16 SosialBakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, BDU-nun Böyük akt zalında baş tutan tədbiri açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət və qayğısının, bu sahədə müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.
Liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək indiyə qədər lisey məzunların hamısının dövlət ali məktəblərinə qəbul olduqlarını, 330 məzundan 84 nəfərinin qəbul imtahanlarında 600-dən artıq bal topladığını, məzunların 60 nəfərinin BDU-da, 30 nəfərinin xaricdə, o cümlədən Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin nüfuzlu universitetlərində, ODTU və Bilkənd Universitetində təhsil aldıqlarını, 5 nəfərinin Prezident təqaüdünə, 25 nəfərinin qızıl, 4 nəfərinin isə gümüş medala layiq görüldüyünü deyib.
Sonra "Kaspi" Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında əldə etdikləri uğurları yüksək qiymətləndirib.
Sonra 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, liseyin məzun və şagirdlərinin valideynləri adından Prezident yanında İdarəçilik Akademiyasının dosenti Əlövsət Rəcəbli, akademik Ağadadaş Əliyev, liseyin məzunu, kimya fənni üzrə Beynəlxalq Mendeleyev Olimpiadasının və üçqat Respublika Olimpiadasının qalibi Sona Quluzadə, "Gənc istedadlar" liseyinin 11-ci sinfinin əlaçı şagirdi, "Sabahın alimləri" Respublika müsabiqəsinin qalibi Lalə Muradlı çıxış ediblər.
Yubiley mərasimində "Gənc İstedadlar" liseyi ilə 6 saylı məktəb-lisey arasında əməkdaşlıq haqqında saziş imzalanıb.