Bu turşu 237 nəfəri zəhərləyib, ölənlər də var
20 Dekabr 2017 06:10 SosialÖlkədə bu il 237 nəfər sirkə turşusundan zəhərlənib.
Bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Toksikologiya şöbəsi müdirinin sözlərinə görə, bu il həmin diaqnozla Kliniki Tibbi Mərkəzə daxil olanlardan 1 nəfər ölüb.
A.Maqsudov deyib: "Ötən il isə sirkə turşusundan zəhərlənmədən 254 nəfər daxil olmuşdu. Onlardan 3 nəfər ölüb"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00