Sabaha HAZIR OLUN - SU OLMAYACAQ!

Sabah paytaxtın bir sıra hissələrində su məhdudiyyətlə veriləcək.  "Azərsu" ASC-dən verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar dekabrın 13-də gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31