Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.APA-nın məlumatına görə, konfransda yüzdən çox nümayəndə iştirak edir. Bu gün konfransda kollegiyaya yeni sədr seçiləcəyi gözlənilir.Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. Hazırda sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00