Heyvanı balla qarışdırıb yeyin - Xalq təbabəti
7 Dekabr 2017 09:02 SosialHeyvanın tərkibində A, C və B qrupu vitminləri, kalsium, dəmir, fosfor, kükürd, kalium, sink və maqnezium kimi minerallar var. Yağdan kasıb, lif baxımından zəngin bir meyvədir.
Metbuat.az xəbər verir ki, araşdırmalar tərkibindəki güclü antioksidantların bədxassəli xərçəng hüceyrələrini yox etməyə yardımçı olduğunu sübut edib.
Yaponiyada aparılan araşdırmaya görə, heyva qabığındakı "antiviral" maddələr Hepatit A, B və C-yə səbəb olan orqanizmlərin böyüməsini əngəlləyir.
Heyva soyuqdəymə, qrip infeksiyalarına qarşı qoruyucu meyvədir. Eyni zamanda, anemiya, qaraciyər, göz xəstəlikləri, astma və digər nəfəs yolu xəstəlikləri ilə mübarizədə yardım edir.
100 qram heyva 57 kaloridir. Sidikqovucu olduğu üçün bədəndə maye toplanmasının qarşısını alır.
Ürək bulantısı və qusma zamanı heyva yeyə bilərsiniz.
Heyvanın faydaları bununla bitmir. Onu balla qarışdırıb yedikdə, mədə və bağırsaq problemlərini, qəbizliyi aradan qaldırır.