Təhsil naziri vəzifəsini müvəqqəti icra edən şəxsin adı açıqlanıb - FOTO

Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə, nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00