Dünya ulduzları arıqlamaq üçün hansı yollara baş vurur - SİYAHI

Roldan rola girən, çox az zaman ərzində kilo verə bilən dünya məhşurlarının saxladıqları dietalar hər zaman marağa səbəb olub. Bu insanların xarici görünüşü arıqlamaq və daha incə bir görünüşə sahib olmaq üçün bəzi qadınlara ilham verir. Qəbul edək ki, hər bir qadın bu məhşurlar kimi görünmək istəyər. 

Moderator.az dünya ulduzlarının hansı yollarla arıqladığını, öz fiquralarını necə qoruduğunu sizə təqdim edir.

Çarliz Teron 

Bu gözəl aktrisa arıqlamaq istədiyində alkoqol və nişastalı qidaların qadağan olunduğu Draconian dietinə əməl edir. Bu dietada axşam saat 17:00 dan sonra da heç bir şey yemək olmaz. Bununla yanaşı hər gün yoqa ilə məşğul olur. 

Halli Beri 

Halli Beri diabet xəstəsidir. O  kilo almamaq üçün hər gün idman edir. Daha çox qaçış bandında gəzir, qollarını və ayaq əzələlərini bərkitmək üçün ağırlıq qaldırır. Bununla yanaşı bitki  çaylarından istifadə edir. 

Britni Spirs 

Dünya şöhrətli aktrisa yüksək qida dəyəri olan və enerjili qidalardan istifadə edir. Sezar salatı,şorba kimi həm toxluq hissi yaradan, həm də kilonu kontrolda saxlayan yeməklərə üstünlük verir. Daha çox rəqs edir, yoqa ilə məşğul olur. 

Ketrin Zeta -Conz 

Zorro filmi ilə yaddaşlarda dərin iz buraxan bu gözəl xanım karbohidratlı qidaların tamamilə qadağan olunduğu, meyvə və tərəvəzlərə isə qismən də olsa icazə verilən Atkins dietasını saxlayır. Bu dietada ət, sosiska, pendir, kərəyağı, yumurta hətta axşam yeməyində bir qədəh şərab da icazə verilir. Tək diqqət yetiriləsi məqam isə tərkibində karbohidrat olan tərəvəzləri və əsasən də kartof yeməməkdir. 

Elizabet Harli

Qan qrupuna əsasən təyin olunan dietaya əməl edir. Gözəl aktrisanın qan qrupu 0 RH Pozitiv olduğu üçün onun menyusu daha çox ət məhsullarından ibarət olur. Bu dietada isə süd məhsullarından uzaq durmaq lazımdır. 

Cenit Ceksin 

Dünya səviyyəli ulduz Maykl Ceksonin  bacısı Cenit Cekson gündəlik 900 kalorini keçməyən bir dieta saxlayır. Bol miqdarda tərəvəz yeyir, toyuq əti və balıq yeyir. Yağ, krem, pendir və s qidalardan uzaq durur. Bununla yanaşı hər gün 2 saat idmanla  məşğul olur. 

Cenifer Aniston 

Sarışın gözəl Zone dietasını uyqulayır. Bu dietaya əsasən gündəlik olaraq 40% karbohidrat, 30% protein, 30% isə yağ tükətə bilərsiniz. Qısaca olaraq şəkərli və nişastalı qidaları azaldarkən, ət və tərəvəz məhsullarını artırırsınız. Məsələn : səhər yeməyində yumurta , qatıq və ya keks, günorta yeməyində salat, axşam yeməyində isə toyuq, balıq və ya qırmızı ət yemək olar. Çörək və makarondan uzaq durmaq lazımdır. 

Madonna 

Vegeterian olduğu üçün bol bol çiy tərəvəzlərdən istifadə edir. Maddonna da Sezar salatını çox sevir. Gün ərzində bir saat yarım yoqa ilə məşğul olur. 

Cenifer Lopez 

Dünyanın ən seksi qadını sayılan Cenifer səhər yumurta ağı, günorta karbohidratlı yeməklər, axşamlar isə salat yeyir. Lakin onun da vaz keçə bilmədiyi dadlar var. məsələn qəhvənin yanında peçenyə yeməyi çox sevir. Vücudunun fit qalması üçün çalışır amma əsla aneroksiya olaq istəmir. Davamlı olaraq idmanla məşğul olur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00