Konstitusiya qanunları üç oxunuşda qəbul olunacaq
Milli Məclisin plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərə baxılıb. “OLaylar” xəbər verir ki, Konstitusiya qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib.
1 Dekabr 2017 12:28 SosialMilli Məclisin plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərə baxılıb. "OLaylar" xəbər verir ki, Konstitusiya qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib. Bildirilib ki, dəyişikliklərə görə, həmin qanunun 1.0.22-ci maddəsindən "standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər," sözləri və "texniki-iqtisadi məlumatların dövlət təsnifatı," sözləri çıxarılıb.Digər dəyişikliklə, 70.3-cü maddə aşağıdakı redaksiyada verilib: "70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, qanunların uyğunlaşdırması məqsədi ilə hazırlanmış, həmçinin ad və ya rəqəm dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır.".Digər dəyişikliklə 75.1-ci maddə aşağıdakı redaksiyada verilib: "75.1. Normativ hüquqi aktın qəbul edilməsindən irəli gələrək qüvvədə olan normativ hüquqi aktlarda edilən dəyişikliklər, həmçinin ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.". Aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilib: "76.3. Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktla bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir.". Layihə səsə qoyularaq qəbul edilib.