Mənsimov tədbirdə dava etdi: bir-birlərinə stəkan atdılar
14 May 2017 14:12 SosialMübariz Mənsimovun iştirak etdiyi tədbirdə dava olub.
Türkiyədə restoranların birinin açılışında iştirak edən azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə aktrisa Nur Fəttahoğlunun həyat yoldaşı Ləvənt Vəziroğlu arasında mübahisə düşüb.
Əsəbiləşən tərəflər bir-birlərinə stəkan atıblar. Digər qonaqların müdaxiləsi nəticəsində mübahisə səngiyib. Veziroğlu ilə Mənsimov bundan sonra tədbiri tərk ediblər.
Qeyd edək ki, mübahisənin hansı səbəbdən yarandığı məlum deyil. Qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31