“Türk dünyası və infomasiya fəzası” media forumu keçirilir

Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu keçirilir. “OLAYLAR”-ın xəbərinə görə. forumun ilk günü iştirakçıların “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarəti ilə başlayıb.

Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə "Türk dünyası və informasiya fəzası" beynəlxalq media forumu keçirilir. "OLAYLAR"-ın xəbərinə görə. forumun ilk günü iştirakçıların "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarəti ilə başlayıb. Cənubi Qazaxıstan vilayəti hakimliyi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türküstan şəhərində işinə başlayan forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən çoxlu sayda media nümayəndəsi iştirak edir. İki gün davam edəcək Forumun əsas məqsədi Türk dünyasında ortaq informasiya fəzasının formalaşdırılması məsələlərini müzakirə etməkdir. Forumun ilk günü iştirakçılar TÜRKSOY-un təşəbbüsü ilə Şəki şəhərindən sonra "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunan Türküstanın maddi mədəniyyət nümunələri və tarixi abidələri ilə tanış olublar. Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kadırali qeyd edib ki, bundan 150 il əvvəl İsmayıl Qaspralı "Tərcüman" qəzetini çıxararq Türk dünyasında ortaq informasiya məkanının formalaşdırılması istiqamətində tarixi bir addım atıb. O zaman qəzeti oxuyan hər kəs ortaq ideallarla böyüdü və türk dünyasında aydınlar, oxucular və ziyalıların birliyi yaranmağa başladı. Bizim də məqsədimiz Türk dünyasına xidmərt edən, bu məqsədin daşıyıcıları olan və onun təbliğatını aparan jurnalistləri bir araya gətirərək, ortaq məqamları və bizi düşündürən məsələri müzakirə etməkdir. Qeyd edək ki, "işdə, əməldə və fikirdə birlik" ideyası altında keçirilən Forum çərçivəsində Beynəlxalq Türk Akademiyasının media mükafatının təqdim olunması da nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31