Almaniyada “Heydər Əliyev- gənclik - multikulturalizm” mövzusunda beynəlxalq konfrans

Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyev- gənclik - multikulturalizm" mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans öz işinə başlayıb. 

Mərkəzdən "Olaylar" - a bildirlib ki, Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransa "Logen Haus" sərgi zalında "Heydər Əliyev və gənclik" foto-sərgisi ilə start verilib. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri-Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatı ilə Ulu Öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri professor Alfred Vildfoyer tədbiri açaraq konfransın keçirilməsinin məqsədini açıqlayıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev konfrans iştirakçılarını salamlayaraq Azərbaycanın Gənc Dostları Klubuna və Auqburq Universitetinəbu beynəlxalq konfransın təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib. Auqsburq Universitetinin professoru Klaus Volf  konfransın Bavariya kimi müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Salomeya Lukayte bildirib ki, layihəyə Azərbaycanın ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan 25 tələbə bu tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bölüşmək üçün bir araya toplanıb.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Açılış nitqlərindən sonra "Heydər Əliyev və Azərbaycan multikulturalizmi" mövzusunda panel iclası başlayıb. Ural Federal Universitetinin beynəlxalq regionşünaslıq kafedrasının müdiri, BBMM-in Yekaterinburq filialının direktoru, professor Aleksandr Nesterov və Dimitrios Asproulisin moderatorluğu ilə keçirilən iclasda Dövlət İqtisad Universitetinin dosenti, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzəsi dinlənilib.

BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber rəhbərlik etdiyi filialın fəaliyyəti ilə bağlı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Heydər Əliyev və tolerantlıq" mövzusunda məzuzə ilə çıxış edib.

Auqsburq Universitetinin tələbəsi Silke Höqqün"Azərbaycan multikulturalizmi Auqsburqda" mövzusunda məruzəsi maraqla qarşılanıb.

BBMM-in İsrail filialının rəhbəri, tanınmış politoloq Arye Qut "Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi" mövzusunda çıxışı beynəlxalq konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Çıxşlardan sonra panel müzakirələrlə işini davam etdirib.

Günün ikinci yarısında konfrans "Azərbaycanın Gənc Dostları Klubunun təqdimatı" adlı II paneldə öz işini davam etdirib.

ABŞ-dan konfransa qatılan, Azərbaycanın Gənc Dostları Klubunun İdarə Heyətinin üzvü, siyasi analitik,Peter Teys və Portuqaliyanın Lusofona Universitetinin tələbəsi Joao Mestrenin moderatorluğu ilə keçirilən təqdimatda birliyin həmsədrləri Salomeya Lukayte və Dimitrios Asproulis "Azərbaycanın Gənc Dostları Klubunun yaranmasından, il ərzində gördüyü işlərdən və qarşıda duran perspektivlərdən  söz açıb. Rusiyanın Ural Federal Universitetinin tələbəsi Maria Dzhaiani "Azərbaycanın Gənc Dostları  Klubu dünya gəncləri ilə ünsiyyətin yeni mərhələsi", Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Tokay Əhmədov "İslam Oyunları Azərbaycana nə verir", İsrailin Ariel Universitetinin tələbəsi Maayan Eliovson "Mən Azərbaycanın Gənc Dostları Klubuna niyə üzv oldum", Bakı İslam Universitetinin tələbəsi Ramil İbrahimov "İslam həmrəyliyi ili" "Multikulturalizm İli"nin məntiqi davamı kimi", İtaliyadan olan müstəqil tədqiqatçı Klaudia Pasquali "Youngfriends.az saytı-ünsiyyətin yeni platforması kimi", Polşanın Vrotslav Universiytetinin tələbəsi Agata Taraşeviçin "Azərbaycanın Gənc Dostları" Klubunun Polşada fəaliyyəti və perspektivləri" mövzusunda mühazirələri dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31