“Böyük ömrün dastanı” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bilik Fondunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Binəqədi Rayon İcra Hakimiyyəti, Bilik Fondu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun sədaqətli ömür-gün yoldaşı, oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Böyük ömrün dastanı" mövzusunda keçirilən inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Fondun aparat rəhbəri İsaxan Vəliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, 179 №-li tam orta məktəbin direktoru Almaz İsmayılova, 298 №-li tam orta məktəbin direktoru Şaiqə Hüseynova, inşa-yazı müsabiqəsinin qalibləri, fərqlənən şagirdlər və qalib məktəblərin tədris işləri üzrə direktor müavinləri iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarını salamlayaraq, müsabiqə qaliblərini təbrik edib onlara təhsildə uğurlar arzulayib.

Tədbir qaliblərin mükafatlandırılması ilə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31