Saatlı-Musalı avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə yenidən qurulması işləri davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun "Azəravtoyol" ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə yenidən qurulması işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi eni 10 m-dir. 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni isə 6 metr təşkil edən avtomobil yolunda hazırda torpaq işləri aparılır, yol yatağı və yol əsası inşa edilir. Sözügedən işlər çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Bundan başqa 31 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də görülüb. Görülən işlər tam başa çatdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Qeyd edək ki, Saatlı-Musalı Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələrindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31