Rusiyada göyərtəsində 39 sərnişin olan təyyarə yerə çırpıldı - 3 hissəyə bölündü

Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, qəza yerinə xilasedicilər, həkim briqadaları və üç Mi-8 vertolyotu göndərilib.

RİA Novosti bildirir ki, təyyarənin qəzaya uğramasına səbəb sərt və çətin hava şəraiti olub.

Lent.az xəbərinə görə isə İl-18 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 6 yox, 4 nəfərdir.

Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur. 

---------

09:34

Rusiyada təyyarə qəzası baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, hadisə Yakutiyada, Bulunsk rayonunda qeydə alınıb. Belə ki, göyərtəsində əsasən hərbçilərdən ibarət 32 sərnişinin və 7 ekipaj üzvünün olduğu, Kolsovo aeroportundan Yekaterinburqa uçan İl-18 təyyarəsi Tiksi qəsəbəsinin 27-ci kilometrliyində qəzaya uğrayıb.

Qəza nəticəsində cəmi 6 nəfər sağ qalıb. Hazırda xəsarət alanlar təxliyə edilir.

"RİA Novosti" isə qəza zamanı təyyarənin 3 hissəyə ayrıldığını, lakin yanmanın olmadığını xəbər verib. 

-----------

09:19

Yakutiyanın Bulunski rayonunda baş verən təyyarə qəzasında 6 nəfərin sağ qaldığı bildirilir.

Trend TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 32 sərnişin və yeddi ekipaj üzvü olub. Təyyarədə hərbçilərin olduğu bildirilir.

Hazırda xəsarət alanlar evakuasiya edilir.

----------

09:02

Rusiyanın Yakutiya şəhərində göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğrayıb.

Trend bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00