3 gün DƏHŞƏTLİ İSTİLƏR olacaq - 40-42 dərəcə
20 Avqust 2016 15:12 SosialAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.Departamendən Publika.az-a verilən məlumata görə, avqustun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcək.Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.Havanın maksimal temperaturu 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00