İsveçrədə sərnişin qatarına hücum: 7 nəfər bıçaqlandı

İsveçirənin Sankt-Hallen şəhərindəki sərnişin qatarındakı olayın terrorizmlə heç bir əlaqəsi yoxdur.
Milli.Az Welt-ə istinadən bildirir ki, yerli polisdən belə açıqlama verilir.
Bu gün yerli vaxtla 14.20 radələrində 27 yaşlı İsveçrə vətəndaşı ölkənin şimal-şərqindəki Sankt-Hallen kantonundakı Salez stansiyasının yaxınlığında sərnişin qatarının vaqonlarından birində yağın törədib. Daha sonra o, sərnişinləri bıçaqlamağa başlayıb.
Polis yetkilisi Bruno Metske deyib: "Cinayətin motivləri barədə hələ heç nə deyə bilmərik. İstənilən halda baş verən olayın terakt olduğunu düşünmürük".
Yaralananlar 17 yaşlı iki gənc, 34 və 43 yaşlı iki qadın, 50 yaşlı kişi və 6 yaşlı uşaqdır.
Polis cinayətkarın evində axtarışa başlayıb.

13.08.2016

İsveçrənin Sankt-Qallen kanonunda sərnişin qatarında qanlı olay yaşanıb.
Milli.Az Reuters-ə istinadən bildirir ki, bıçaqla silahlanmış şəxs qatarda sərnişinlərə hücum çəkib. O, 7 nəfəri bıçaqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00