6 yaşlı uşağı bir keçiyə görə 55 yaşlı kişiyə ərə verdilər - VİDEO

 

Əfqanıstanda 6 yaşlı qız uşağı 55 yaşlı kişi ilə zorla evləndirilib. 

baku.ws  bildirir ki, Qaribqol adlı qızın atası onu 55 yaşlı Səid Abdullaha keçi, düyü, çay, yağ və şəkər qarşılığında satıb. 

Toydan sonra Qaribqolu evinə aparan "bəy" qohumlarına onu qızı kimi təqdim edib. Ancaq qohumları Səidi izləyiblər və onun qızı soyundurmağa çalışdığını görüblər. Bundan sonra qohumlar dərhal polisə müraciət ediblər. Polis qızın atasını və Səid Abdullahı saxlayıb. 

Polisə ifadə verən ata ailəsini dolandıra bilmədiyini, ona görə də qızını evləndirdiyini deyib. Atanın sözlərinə görə, "kürəkən" qızının 18 yaşına çatmadan ona toxunmayacağına söz verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00