Diaspor rəhbəri İqdır valisi ilə görüşüb

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Iğdır valisi Ahmet Turqay Alpman ilə görüşüb.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Iğdır valisi Ahmet Turqay Alpman ilə görüşüb. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, valiliyin binasında baş tutan görüşdə İSTAD sədri Səfər Qaraqoyunlu dərnəyin fəaliyyəti haqqında Vali Alpmanı məlumatlandırıb. S. Qaraqoyunlu 3-4 iyun tarixində Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı məlumat verib. Görüşdə Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Iğdır və ona yaxın bölgələrə böyük təhlükə olan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə ünvanladığı müraciətə toxunulub, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün göstərilən birgə səylər daha geniş xarakter almalıdır. Sonda Iğdır valisi Ahmet Turqay Sefer Qaraqoyunluya təşəkkür edib, təşkilatın işlərində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00