“Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib

Qobustanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib.

Qobustanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mədəni müxtəliflik tolerantlıq müstəvisində" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Gənclər Mərkəzində keçirilən konfransı Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov açaraq, tarixi köklərdən qaynaqlanan tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb, bu bəşəri dəyərlərin dövlətimizin istər daxili, istərsə də xarici siyasətində prioritet məsələ kimi dayandığını diqqətə çatdırıb. Natiq dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsini ölkəmizdə məhz bu dəyərlərə verilən xüsusi diqqətin təzahürü kimi səciyyələndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımzadə, Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov və başqaları məruzələrlə çıxış ediblər.

Konfransda Azərbaycanda 60-dan çox millətin nümayəndəsinin yaşadığı, bununla yanaşı, dini zəmində heç vaxt münaqişənin olmadığı diqqətə çatdırılıb, bu tolerant dəyərlərin digər ölkələr üçün nümunə olduğu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanda tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb, onlara öz mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün şərait yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00