Bakının mərkəzində bina yanır: Xəsarət alan var
Metronun "Sahil" stansiyasının yaxınlığında baş verən yanğının bəzi təfərrüatları bəlli olub.
14 İyul 2016 17:17 SosialMetronun "Sahil" stansiyasının yaxınlığında baş verən yanğının bəzi təfərrüatları bəlli olub.
Anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 4 mərtəbəli binanın yanğın baş verən ikinci mərtəbəsində yaşayış yoxdur. Birinci, üçüncü və dördüncü mərtəbələrdə olan sakinlər isə ərazidən təxliyə edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Yanğın zamanı vətəndaşlardan xəsarət alan olmasa da, FHN-nin bir əməkdaşının tüstüdən zəhərləndiyi bildirilir.
***
Günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb.
Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb.
Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail Rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.
Hazırda yanğın nəzarətə alınıb.
***
Bakıda "Sahil" metro stansiyasının yaxınlığında yerləşən Ədliyyə Nazirliyinin poliklinikasında yanğın baş verir.
Trend bildirir ki, artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar.
Hadisə yerinə təcili tibbi yardım briqadası da göndərilib.