Turizmlə bağlı regional təlimlər keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) təşkilatçılığı və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) işçi heyətinin iştirakı ilə, iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bölgələr üzrə keçiriləcək ilk təlimlərə start verilib.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) təşkilatçılığı və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) işçi heyətinin iştirakı ilə, iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bölgələr üzrə keçiriləcək ilk təlimlərə start verilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Gəncə şəhərinin Nizami Gəncəvi muzeyində "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun 31 rayon üzrə nümayəndəsinə "Turizm müəssisələrində mədəni xidmətin təşkili" adlı təlim keçirilib. Təlim iştirakçılarını salamlayan Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Sənan Hacıyev və MEMM-in direktoru Asif Usubəliyev təlimin gedişatına uğurlar arzulamış və bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib. Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00