Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla necə işləmək lazımdır?
Bu gün hər bir ölkədə olduğu kimi Azərbaycanda da xüsusi qayğıya ehtiyacı olan yüzlərlə, minlərlə uşaq var. Bu qəbildən olan uşaqlar isə bir neçə xüsusiyyətlərinə grə fərqlənirlər. Bəziləri valideyn himayəsindən məhrum olub xüsusi qayğıya ehtiyac duyduğu halda, digər bir qism səhhətində meydana çıxan fiziki qüsurlardan dolayı ona qayğı göstərmək zərurətə çevrilir. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara yüksək səviyyədə diqqət göstərilir. Həm dövlət, həm də qeyri-dövlət təşkilatları tərəfindən belə qəbildən olan uşaqlara xüsusi həssaslıqla yanaşılır, onların mövcud problemlərinin həlli istiqamətində zəruri addımlar atılır.
14 İyul 2016 16:24 SosialBu gün hər bir ölkədə olduğu kimi Azərbaycanda da xüsusi qayğıya ehtiyacı olan yüzlərlə, minlərlə uşaq var. Bu qəbildən olan uşaqlar isə bir neçə xüsusiyyətlərinə grə fərqlənirlər. Bəziləri valideyn himayəsindən məhrum olub xüsusi qayğıya ehtiyac duyduğu halda, digər bir qism səhhətində meydana çıxan fiziki qüsurlardan dolayı ona qayğı göstərmək zərurətə çevrilir. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara yüksək səviyyədə diqqət göstərilir. Həm dövlət, həm də qeyri-dövlət təşkilatları tərəfindən belə qəbildən olan uşaqlara xüsusi həssaslıqla yanaşılır, onların mövcud problemlərinin həlli istiqamətində zəruri addımlar atılır.
Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova deyir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ətraf mühiti qavrama tendensiyası zəif olduğundan məktəb daxilində diqqətdən kənarda qalırlar və ya ümumiyyətlə məktəbə getmirlər: "Beləliklə təhsil almaq imkanından məhrum olurlar. Belə uşaqlar öz həmyaşıdlarından eynilə cəmiyyətdən təcrid olurlar. Ona görə də onların tədrisinə və təliminə xüsusi yanaşma tələb olunur. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicə ilə yanaşı təhsildə paralel aparılmalıdır. Belə uşaqlarla keçirilən məktəbəqədər hazırlıq onlarda əqli fiziki, sosial-emosional və nitq qabiliyyətlərinin inkiaşaf etdirilməsində mühüm rol oynayır. Həmçinin tədris ona görə vacibdi ki, onlar cəmiyyətin bərabərhüquqlu fərdləri kimi ən azı özlərini təsdiqliyə bilsinlər". Mərkəz rəhbəri bildirib ki, cəmiyyətin fərdləri arasında ünsiyyət vasitəsi nitqdir: "Nitq insana məxsus olan vacib psixi funksiyadır. İnsanın şüuru inkişaf edir və zənginləşir. Sözün və cümlənin köməkliyi ilə qavrayış təxəyyül və yaddaş kimi psixi proseslər formalaşır və inkişaf edir. Nitqin qüsurlu olması da fikrin düzgün ifadə olunmasında əngəlliklər törədir. Bu tipli uşaqlarda nitq qüsurunu aradan qaldırılması vacib məsələlərdən biridir.Nitq qüsurunu da aradan qaldıran ən mühüm vasitələrdən biri də tədris və təlimdir. Eyni zamanda belə uşaqların yazı yazması qələm tutması onların beyninin inkişafına müsbət təsir göstərir. Tədris və təlim onların cəmiyyətdə öz yerlərini tapmasına kömək edir. Belə uşaqların maariflənməsi üçün xüsusi Mərkəzlər fəaliyyət göstərir. Bizim Mərkəz də xüsusi qayğıya ehtiyacı olan uşaqların yaracılıq qabiliyyətlərinin inkişaf etdirilməsi həmçinin onların təhsil imkanlarının artırılmasına xüsusi önəm verilir. Onlara keçirilən əyləncəli riyaziyyat, danışma kartlar həmin uşaqların fikirlərini bir yerə cəmlənməsinə kömək edir. Məşğələlərdə yaş məhdudiyyəti qoyulmur və uşağın psixoloji durumu nəzərə alaraq dərs keçirilir. Dərslər fərdi şəkildə həyata keçir və mütəmadi olaraq valideynlər dərslərin gedişatı haqda məlumatlandırılırlar. Bu yöndə valideynlərə lazım olan töysiyyələr verilir və beləliklə valideyn ilə pedoqoqun birgə səyi nəticəsində bu uşaqların tədris və təlim tərbiyəsində müsbət irəliləyişlər əldə edirik". Esmira Kazımovanın sözlərinə görə, bu cür uşaqların öyrənmə müddəti milyonlarca pillələri olan pilləkən kimidir: "Bəzən bir pilləni bir saata çıxa bilərkən, bəzən isə bir pilləni bir aya da çıxa bilmirsən. Uşağın özünün-özünə bəs etməsi üçün başqalarına ehtiyac duymaması, öz ayaqları üstündə durması üçün birinci növbədə ona özünə qulluq öyrədilməlidir.Vacib olan doğru zamanda doğru metodla işə başlamaqdır. Bu cür uşaqlar başqalarına ehtiyac duymadan yemək yeyər, əl-üzünü yuyar, paltarını geyər, tualet vərdişlərini edərlərsə, ailə üzərində yük də azalar. Belə valideynlər də sosial münasibətlərini artırar, dostlarına, qohumlarına daha tez-tez gedib gələr. Çünki altını isladan, yeməyini üstünə, ətrafa dağıdan uşağı heç kim rahatlıqla evində istəməz. Öz yeməyini yeyən, əynini geyən, yerini yığışdıran uşağın özünə inamı da artar. Bu da sosial münasibətlərə, ruh sağlığına müsbət təsir göstərir. Ümumiyyətlə, Bu cür uşaqları sosial mühitdən uzaqlaşdırmaq olmaz. Bəzən küçədə, avtobusda onların fərqliliyini hiss edənlərin qəribə baxışları valideynləri cox narahat edir. Bəzi valideynlər uşaqlarının qohum, tanışların tərəfindən qəbul edilməyəcəyini düşünüb, sosial ortamlara girmirlər və dostları ilə əlaqəni kəsirlər.Əgər doğrudan belə dostlarınız varsa, onlarla əlaqəni kəsin, amma siz belə düşünürsüzsə bilin ki, insanlıq hisslərini itirməmiş biri belə uşaqdan narahat olmaz".
S.İsmayılbəyli