FHN-də üzgüçülük üzrə çempionatın qalibləri mükafatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 14 iyul 2016-cı il tarixində nazirliyin qurumları arasında üzgüçülük üzrə çempionat keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 14 iyul 2016-cı il tarixində nazirliyin qurumları arasında üzgüçülük üzrə çempionat keçirilib. FHN-dən "Olaylar"a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparıb. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər. Komanda olaraq birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yerə Mülkü müdafiə qoşunları (MMQ), üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb. Şəxsi hesabda Yusif Ələsgərov (XRXX) birinci yeri, Samir Babayev (FHN Akademiya) ikinci yeri, Asif Ələsgərov (XRXX) isə üçüncü yeri tutub. Sonda İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onlara kubok, medal və diplomlar təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00