Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək.

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların Mətbuat Xidmətləri nümayəndələri də iştirak edə bilər. İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. Yürüş iyulun 22-də Şıxovdakı Veloparkda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00