Sosial şəbəkələrdən düzgün istifadə etmə təbliğ edilir
YAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü” ilə bağlı təlimlərin açılış mərasimi keçirilib.
14 İyul 2016 14:39 SosialYAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi "22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü" ilə bağlı təlimlərin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlimin açılış mərasimində Binəqədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, təlimçi Tofiq Sadıqov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri və s. iştirak ediblər. Təlimin açılışını edən YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva hər kəsi salamlamış və bu cür təlimlərin gənclər üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının təşkil etdiyi "22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü " ilə bağlı təlimlər haqqında məlumat verib. Sonra təlimçi Tofiq Sadıqovun moderatorluğu ilə "Sosial şəbəkələrin düzgün idarə edilməsi və aktivliyin artırılması istiqamətində görüləcək işlərin təkmilləşdirilməsi" mövzusunda təlimə start verilib.