Azərbaycan neftdən asılılığını ciddi şəkildə aradan qaldırır
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında dövlət başçısı bir sıra vasib məsələlərə toxundu.
14 İyul 2016 12:56 SosialRegionlarda aqrar sektorun inkişaf etdirilməsi strateji əhəmiyyət kəsb edir
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında dövlət başçısı bir sıra vasib məsələlərə toxundu. Azərbaycan Prezidentinin hər zaman olduğu kimi yenə də əsas diqqət yetirdiyi məsələ ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi oldu.
Məlum olduğu kimi keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə azalması əksər ölkələrdə olduğu kimi Azərbaycanda da qeyri-neft sektoruna diqqətin artırılmasını prioritet etdi. Düzdür, hələ böhrandan neçə illər əvvəl Azərbaycan neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəltmişdi. Və ötən müddət ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsaslı irəliləyiş müşahidə edildi. Elə bunun göstəricisi idi ki, neft böhranı Azərbaycan iqtisadiyyatına o qədər də ciddi təsir göstərmədi. Ancaq bütün halda Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdiyi kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi yenə də prioritetdir. Bunun üçünsə sahibkarlara normal şərait yaradılmalı, onların qeyri-neft sektoruna sərmayə qoyması stimullaşdırılmalıdır. Məhz bu kimi amillər Azərbaycanı tamamilə neftdən asılılıqdan tamamilə uzaqlaşdırar. Artıq müşahidələr bunun tezliklə reallaşacağını söyləməyə əsas verir. Elə əksər siyasilər də bu qənaətdədir.
Millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır: "Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın təməl prinsipinə xidmət göstərir. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin də vurğuladığı skimi Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr olduqca təqdirəlayiqdir. Bundan başqa, ölkəmizdə sənaye mərkəzlərinin yaradılması məsələsi öz aktuallığını qoruyur. Gəncə, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlərdə, digər bölgələrimizdə də bu komplekslərin yaradılıb inkişaf etdirilməsi ölkə başçısının diqqətindədir. Hətta bununla bağlı Neftçala rayonunda pilot layihə həyata keçirilir, Masallı rayonunda bununla bağlı hazırlıq prosesi gedir. Yəni, bölgələrin kənd təsərrüfatı ilə yanaşı sənaye potensialının da inkişaf etdirilməsi yönündə mühüm addımlar atılır". Millət vəkili onu da vurğulayıb ki, regionlarda aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə və xalq üçün ümummilli, strateji əhəmiyyət kəsb edir: "Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı 2014-cü il yanvarın 16-da "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 20 rayonunda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. Bu il üçünsə ilkin proqnozlara görə, ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Ötən dövr ərzində əldə edilən inkişafın özü ərzaq təhlükəsizliynin əsas komponentlərindən sayılan taxılçılığa edilən diqqət və qayğının göstəricisidir". Azər Badamov deyib ki, xüsusi strateji məhsulların yetişdirilməsi və ixracı ilə bağlı məsələ artıq öz həllini tapmaqdadır: "Vaxtilə ölkəmizdə pambıqçılıq, barama, tütün kimi məhsulların yetişdirilməsi və becərilməsi ilə bağlı ənənə mövcud olub. Artıq bu sahələrin dirçəldilməsinə xüsusi diqqət göstərilir. Ən əsası ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırıqları icra edilir. Bunun nəticəsidir ki, 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib. Bundan başqa, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, bu tədbirlər nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib. Tütün istehsalı da artıb ki, bu da ölkəmizdə şaxələndirilmiş iqtisadiyyatın inkişafına dəstək verir. Nazirlər Kabinetinin son iclasında da vurğulandığı kimi regionlarda çəltikçiliyin, çayçılığın və digər əhəmiyyətli məhsulların istehsalının kəskin artırılması üçün də ciddi tədbirlərə görülür.
Süleyman