İstirahət mərkəzində yanğın olub
Tovuz rayonunda ailəvi-istirahət mərkəzində yanğın baş verib.
14 İyul 2016 12:25 SosialTovuz rayonunda ailəvi-istirahət mərkəzində yanğın baş verib. "Olaylar" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Qoşa kəndində vətəndaşa məxsus ailəvi-istirahət mərkəzində ümumi sahəsi 75 kv.m olan taxta konstruksiyalardan 4 otaqdan ibarət katecin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.
Katecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00