Azəbaycanda 1174 əkiz, 30 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00