Biləsuvarda 550 hektar taxıl sahəsi yanıb
Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
14 İyul 2016 12:05 SosialBiləsuvarda yanğın hadisəsi qeydə alınıb. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda sərhəd zolağı boyunca 550 hektar biçilmiş taxıl sahəsi yanıb.Yaxınlıqdakı ümumi sahəsi 200 kv.m olan inzibati bina yanğından mühafizə olunub. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00