BNA: “Fərdi dispetçer xidmətinin ləğv olunması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”

Bakı Nəqliyyat Agentliyi (BNA) fərdi dispetçer xidmətinin ləğv olunması barədə bəzi KİV-lərdə yayılan məlumatlata aydınlıq gətirib.

Bakı Nəqliyyat Agentliyi (BNA) fərdi dispetçer xidmətinin ləğv olunması barədə bəzi KİV-lərdə yayılan məlumatlata aydınlıq gətirib. "OLAYLAR"-ın xəbərinə görə, Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, KİV-də BNA-nın adından gedən bir xəbərdə anlaşılmazlıq olub: "Düzəliş edərək bildirmək istəyirəm ki, Əsasnaməmizin 3.0.7.-ci bəndinə müvafiq şəkildə müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatında mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaratmaq və həyata keçirilməsini təmin etmək Agentliyin vəzifələrinə daxil edilib. Ancaq tezliklə bu xidmətin yaradılması və fərdi dispetçer xidmətinin ləğv olunması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Gələcəkdə xidmətin keyfiyyətinin yüksəldilməsi və nəzarət mexanizminin gücləndirilməsi üçün bu xidmətin yaradılması nəzərdə tutulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00