Bayılan adama ilk necə kömək edə bilərik?

Heç kim həyatından sığortalı deyil. Özündən getmə, bayılma halları ilə bir neçə dəfə rastlaşmışıq.  Bu istidən bayılma, ürək tutuması, ya da epilepsiyadan ola bilər. Bu hal adətən beyinə oksigen çatışmazlığından baş verir. Beyində qan dövranının pozulması nəticəsində insan qısa müddət ərzində huşunu itirir. Bayılma daha çox qorxudan, yorğunluqdan, aclıqdan olur.

Heç kim həyatından sığortalı deyil. Özündən getmə, bayılma halları ilə bir neçə dəfə rastlaşmışıq.  Bu istidən bayılma, ürək tutuması, ya da epilepsiyadan ola bilər. Bu hal adətən beyinə oksigen çatışmazlığından baş verir. Beyində qan dövranının pozulması nəticəsində insan qısa müddət ərzində huşunu itirir. Bayılma daha çox qorxudan, yorğunluqdan, aclıqdan olur.

Bayılmadan bilavasitə qabaq insan zəiflik, başgicəllənmə, ürəkbulanma, qulaqlarında küy hiss edir, onu soyuq, yapışqan tər basır və rəngi avazıyır. Bu zaman xəstənin gözlərinin qarşısında sönüb-yanan qığılcımlar və zolaqlar əmələ gəlir, əlləri və ayaqları keyləşir. Bayıldıqdan sonra, uzanmış vəziyyətdə olan insanın beyninə gələn qan kütləsi artığı üçün, o, adətən tez bir zamanda özünə gəlir.

Əgər bu halla rastlaşarıqsa, bayılan adamın ilk olaraq nəbzinin (biləkdən 3 barmaq hissəsinin) döyünməsinə diqqət edilməlidir. Nəfəsinin gedib-gəlməsinə diqqət edilməlidir. Belə halda adamın üzərinə əyilib, onun nəfəs aldığını dinləmək, qulağı burnuna yaxınlaşdıraraq istiliyə diqqət edilməlidir. Tənəffüs zamanı həmin adamın döş qəfəsinin enib-qalmasına da diqqət edilməlidir.

Təcili yardıma zəng edilməlidir.

Əgər yerdə uzanan adam halsız vəziyyətdədirsə, danışa bilirsə, ona nə olduğu ilə maraqlanılmalıdır.

Yerə yıxılan adam az da olsa cavab verirsə, onun yaxasının açılmasına, əynindəki dar paltarın çıxarılmasına kömək edin. Onun rahat nəfəs almasına dəstək olunmalıdır. oOurmasına kömək edin və tədricən ayağa qaldırın.

Əgər yerə yıxılan adam danışmırsa, onu həmən ayağa qaldırmaq olmaz. Uzanıqlı vəziyyətdə kömək edilir. Həmin adamın üzünə, yaxasına su vurulur, yaxud burnuna naşatır spirtinə batırılmış pambıq tutulur. Bunları etməyə şərait yoxdursa, xəstəni tərpətmədən təcili yardımın gəlməsini gözləmək lazımdır. Yaxud da ürək massajını edə bilən varsa, tətbiq edilir.

İlk tibbi yardım kimi əslində yerə yıxılan adamın tənəffüs yolunun təmiz olmasına diqqət edilməlidir. Belə ki,  zəzərçəkənə kömək edən adam yan tərəfinə keçib, dizləri üzərinə oturur. Zərərçəkmişin ayaqları tərəfdə olan əlini orta və şəhadət barmaqlarını köndələn şəkildə döş sümüyünün ucuna yerləşdirir.

Digər əlini ovuc hissəsinin əsasını döş sümüyünün üzərinə (döş sümüyünün təxminən orta üçdə biri), şəhadət barmağın yanına qoyur. Döş sümüyünün üzərindəki əlinin üzərinə digər əlini qoyur.  Hər iki əlin barmaqlarını bir-birinə keçirir. Barmaqlar döş sümüyünə toxunmamalıdır. Qolları dirsəklərdən bükmədən düz (döş  sümüyə perpendikulyar), çiyinlərini döş sümüyünə paralel tutaraq döş sümüyünə şaquli istiqamətdə təkanvari təzyiq edir və onun ən azı 5 sm sıxır. Əlini döş sümüyündən çəkmədən 30 dəfə masaj hərəkətini təkrar edir (tezlik-dəqiqədə 100 ürək masajından az olmamaq şərtilə).

• ürəyin qapalı masajını apararkan əlləri döş sümüyünün üzərindən götürmək olmaz;

• hər masaj hərəkətindən sonra təzyiq etməni dayandırın və döş qəfəsinin əvvəlki vəziyyətinə qayıtmasına imkan verin;

• təzyiqlər arasında fasilələrin mümkün qədər qısa olmasına çalışın;

• ürəyin qapalı masajı və süni nəfəsverməni 30:2 (30 masaj, 2 süni nəfəs) nisbətində араrın (1 dövr);

• masaj hərəkətlərini bərkdən sayın;

• əgər yardım edən ikinci bir şəxs varsa, hər 5 dövrdən bir və ya 2 dəqiqədən bir onunla yerinizi dəyişin. Buna 5 saniyədən artıq vaxt sərf etməyin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00