Altı ayda 4362 müəssisə yaradılıb

2016-cı ilin yanvar-iyun aylarında ölkədə 4362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artmışdır.

2016-cı ilin yanvar-iyun aylarında ölkədə 4362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artmışdır. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Bundan əlavə, 2016-cı ilin yanvar-iyun aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48911 fiziki şəxs qeydiyyatdan keçmiş və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artmışdır. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00