Nazirlik dövlət istiqrazları üzrə hərrac keçirib

12 iyul 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101004510 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

12 iyul 2016-cı il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0101004510 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Maliyyə Nazirliyindən verilən məlumata görə, AZ0101004510 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 41.0 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98.6631 (gəlirlilik 5.5103%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 11 oktyabr 2016-cı ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00