Samuxda gənclər “Cehiz vermə -Təhsil ver!” dedilər

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Cehiz vermə -Təhsil ver!” layihəsinin icrası çərçivəsində növbəti təlimini keçirib.

"Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə "Cehiz vermə -Təhsil ver!" layihəsinin icrası çərçivəsində növbəti təlimini keçirib.

Təlim Samux şəhərində 3 saylı orta məktəbdə keçirilib. Təlimdə təlimçi Samirə Ələkbərova, ekspert Şahanə Tağıyeva, Samux rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zemfira Qılıcova,  məktəbin psixoloqları, müəllimlər və şagirdlərin iştirak ediblər.

Təlimçi Samirə Ələkbərova iştirakçılara erkən nikahın cəmiyyətdə yaratdığı fəsadlardan, erkən nikahın qurbanları olan yeniyetmələrin gələcək həyatlarında yaranan problemlərdən danışaraq məktəbdə və ailədə diqqətin yeniyetmələrin təhsilinə yönəldilməsinin əhəmiyyətini qeyd edib.

Ekspert Şahanə Tağıyeva regionlarda erkən evliliyə cəlb olunmuş gənclərə psixoloji dəstək verilməsindən və yeniyetmə qızlarımızın diqqətinin təhsilə yönəldilməsinə yardımçı olmaq üçün icra olunan layihənin əhəmiyyətindən danışıb.

Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb, xatirə şəkilləri çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00