Dillər Universitetində rektor kürsüsü uğrunda mübarizə
Bu gün dövlətimizdə gedən islahatlar və onlardan irəli gələn müsbət proseslər cəmiyyətin bütün sahələrini əhatə edir.
13 İyul 2016 13:26 SosialUniversitetdaxili qruplaşmalar təhsil ocağının nüfuzuna xələl gətirir
Bu gün dövlətimizdə gedən islahatlar və onlardan irəli gələn müsbət proseslər cəmiyyətin bütün sahələrini əhatə edir. Sözsüz ki, cəmiyyətin aparıcı qüvvəsi olan təhsil də bu proseslərdən kənarda qalmayıb. Dövlətimiz haqlı olaraq təhsilin bütün pillələrini, o cümlədən ali məktəbləri xüsusi diqqət və qayğı ilə əhatə edir. Bunun bariz nümunəsi kimi qloballaşma dövründə ali təhsil müəssisələrinin Boloniya sazişinə qoşulmasını, Azərbaycan gənlərinin dövlət proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almasını qeyd etmək lazımdır. Azərbaycan Dillər Universiteti də uzun müddət ərzində dövlətimizin və prezidentimizin bütün sərəncamlarını əlində rəhbər tutaraq daxili imkanlar hesabına bəlkə də Azərbaycanda yeganə universitet olaraq tələbə və gənc tədqiqatçılara xaricdə təhsil almaq imkanı yaradıb, universitetin professor-müəllim heyyətinin müxtəlif beynəlxalq konfrans və simpoziumlarda, təlim və ixtisasartırma proqramlarında iştirakını təmin edib, beynəlxalq nüfuzlu nəşrlərdə çıxışlarını maliyyələşdirib. Bununla yanaşı universitetdə 20 yaxın xarici dövlətin mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlər təkcə ADU üçün deyil, bütün respublika üçün beynəlxalq aləmə geniş pəncərə açıb, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi, Azərbaycan həqiqətləri haqqında dürüst və obyektiv məlumat verməyə əvəzolunmaz imkan yaradıb. Bəlkə də məhz elə bu səbəbdən dövlət başçısı Azərbaycan Dillər Universitetinin əhəmiyyətini dəyərləndirərək universitetə yeni rəhbərin təyin olunmasını ləngidir. Lakin bu da öz növbəsində bu vəzifəyə iddialı olan şəxlərin qruplaşmalar yaratmasına, çirkin məqsədlərinə nail olmaq üçün min cür oyunlara əl atmasına rəvac verir.
Artıq bir neçə aydır ki, Azərbaycan Dillər Universiteti vəzifə eşqi ilə haldan hala düşən Dünyamin Yunusovun rəhbərliyinə möhtac qalıb. Bu müddət ərzində o sabiq rektorun vaxtında itirilmiş mövqelərini bərpa edərək köhnə fəaliyyətinə qayıdıb. Yalnız son il ərzində dissertasiya işlərinin müzakirəsini, seminar, müdafiə, minimum və ixtisas imtahanlarına icazələrin sayını hər biri üçün müəyyən olunmuş məbləğə vursaq, bura sessiya imtahanlarından əldə olunmuş məbləği də əlavə etsək nüfuzlu bir rəqəm almış olarıq.
Bu məsələdə digər maraqlı fiqur ADU-nun pedaqoji fakültəsinin sabiq dekanı, hazırda Təhsil Nazirliyinin akkreditasiya və nostrifikasiya idarəsinin mütəxəssisi Əfqan Abdullayevdir Dünyamin Yunusov və Əfqan Abdullayev ayrı-ayrılıqda kürsü uğrunda mübarizədə ciddi səylər göstərməklə yanaşı, vaxtı ilə onların əlini haram çörəkdən və rüşvətdən kəsən sabiq rektor Səmıd Seyidova qarşı koalisiya yaradıb onun vaxtında təyin olunan peşəkar və yaradıcı kadrlara "müharibə" elan etdilər. Bu hücumda mərkəzi icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyi kimi strateji dövlət qurumunda fəaliyyət göstərən Əfqan Abdullayev müxalif yönümlü saytlarla olan əlaqələrindən istifadə edərək daha çox "uğur" qazandı. Yəqin ki, hörmətli nazirimiz sabiq dekanın hansı əməllərə görə ADU və ADU-dan öncə Xəzər Universiteti ilə vidalaşdığını bilsəydi onu nəinki ADU-ya akkreditasiyaya göndərməzdi, hətta nazirliyə belə işə qəbul etməzdi. Çünki bu universitetlərdə çalışan hər kəs "hörmətli" professorun hansı mənəvi dəyərlərə sahib olduğunu çox gözəl bilir. Ə.Abdullayev dekan vəzifəsində çalışdığı müddət ərzində onun keçmiş həyat yoldaşı ailə başçısı və pedaqoqa yaraşmayan əməlləri haqqında dəfələrlə rəhbərliyə şikayət edib. Sonunda onun universitet ictimaiyyətinin gözü qarşısında yolverilməz hərəkətlərindən, müəllimlərlə kobud rəftarından, korrupsiya hallarından bezən S.Seyidov onu tutduğu vəzifədən "öz xahişi ilə" azad edib. Ə.Abdullayev əməlləri ilə nəinki özünün, eləcə də universitetin nüfuzuna ciddi zərbələr vurub. Yəqin ki, məhz bu amillər onun nəinki rektorluq kürsüsü, eləcə də yeni yaranan akkreditasiya qurumunda əhəmiyyətli post tutmasına imkan verməyib və o hələdə adi mütəxəssis olaraq çalışır.
İndi isə gələk əsas məsələyə. Son günlər bir neçə saytda universitetin əməkdaşları haqqında əksəriyyəti həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Əslində bu kampaniyaya fevral ayında akkreditasiya komissiyası işini universitetdə bitirəndən dərhal sonra başlanıb. Belə ki, siyahıda adları qeyd olunan əməkdaşlara bəzi saytların jurnalistləri tərəfindən müəyyən məbləğ əvəzinə bu məlumatların çap edilməməsi təklif olunub. İstədiklərinə nail olmadıqda onlar bu məlumatlardan bir qismini sayt və qəzetlərdə dərc ediblər. Bu gün yenə də bu kampaniyaya start verilməsi Yunusov-Abdullayev cütlüyünün rektorluq kürsüsündən əllərinin üzüldüyünü göstərir. Şübhəsiz bu məlumatlar adları çəkilən, illərlə bu universitetdə çalışan ziyalı insanlara çox pis təsir edib. Əksər məlumatlar əsassız olduğu qədər hiddət doğurur. Sual olunur: "Akkreditasiyaya aid olan məxfi sənədlər hansı yolla mətbuata sızıb?". Sualın cavabı çox asandır: əlbəttə ki, akkreditasiya qrupuna başçılıq edən Ə.Abdullayevin əli, D.Yunusovun razılıq və dəstəyi ilə. Onların universitetin peşəkar kadrlarını nüfuzdan salmaqla keçmiş rəhbərliyin fəaliyyətinə kölgə atmağa çalışırlar. Yəqin ki, rəsmi şəxslər çox asanlıqla saytlarda dərc olunan məlumatı nazirliyin rəsmi arayışı ilə tutuşdurub nöqtəbənöqtə üst-üstə düşməsinin şahidi olacaqlar. Bu isə öz növbəsində məxfi sənədlərin məhz Ə.Abdullayevin əli ilə nazirlikdən çıxarılmasını sübut edəcək. Bu arada bir atalar sözü yada düşür: "Qozbeli qəbir düzəldər". Ə.Abdullayev Təhsil Nazirliyinə yerini dəyişməsinə baxmayaraq yenə də Ə.Abdullayev olaraq öz ampluasındadır və öz yolunu davam etdirir. Özünü Harvard Universitetinin məzunu kimi qələmə verən Ə.Abdullayev yaxşı olardı ki, saxta sənədlər haqqında saxta məlumat yaymaq əvəzinə özünün olmayan diplomunu tapıb nostrifikasiya etsin (yəqin ki, bu çox uzun vaxt aparan prosedur olacaq) və ya dekan işlədiyi dövr ərzində saxtalaşdırdığı "vedomostaları", ağ vərəqlərə yazdığı yüksək balları yada salsın (bunları universitetin sənədlərini qaldırıb çox asan yoxlamaq olar). Belə insanların Təhsil Nazirliyi kimi strateji qurumu təmsil etməsi bu quruma və son dövrdə həyata keçirilən uğurlu kadr siyasətinə ləkə salır və gənclərin Azərbaycanın xoş gələcəyinə və inkişafına inamını sarsıdır.
Hər kəs bilir ki, dövlətin, cəmiyyətin tərəqqisi onun təhsilindən asılıdır. Bu baxımdan əsas prioriteti pedaqoji kadr hazırlığı olan Azərbaycan Dillər Universiteti xüsusi əhəmiyyətə malikdir. Yəgin ki, Azərbaycan Mətbuat Şurası, aidiyəti üzrə qurumlar Azərbaycan müəllimi haqqında yoxlanılmamış məlumatların geniş ictimaiyyətə təqdim olunmasının məsuliyyətini dərk edərək əsassız və qərəzli yazıların təkcə hədəf seçilən insanların deyil, yüzlərlə gəncin mənəviyyatına zərbə vurmasının qarşısını almaq üçün müvafiq tədbirlər görəcəklər. Yunusovlar, Abdullayevlər başa düşməlidirlər ki, cirkin əməllər məqsədilə sifariş olunan yazılar təkcə bu günki tələbəyə deyil ümumilikdə Azərbaycanın gələcəyinə zərbə vurur!
Maraqlısı odur ki, akkreditasiya arayışında məlumatların əksəriyyəti yalnış verilib. Məsələn, 90-cı illərin əvvəllərində magistratura pilləsi Azərbaycanda müəyyən olunmadığı və Ali məktəbdə təhsil müddəti 5 il olduğu zaman bir neçə insana məhz magistratura təhsilinin olmaması irad tutulub. Eyniliklə həmin dövrdə diplomların nostrifikasiyası tələb olunmadığı üçün yenə də keçmiş sovet məkanında təhsil alanlara diplomların nostrifikasiya olunmaması nöqsan kimi qeyd olunub. Məlumatların süni şəkildə şişirdilməsi bu işin Ə.Abdulalyev tərəfindən qərəzli təşkilini bir daha sübut edir. Bununla yanaşı akkreditasiya dövründə komissiya üzvlərinin universitetin məlumatlarını digət təhsil müəssisələrində yayması, məlumatları nə dərəcədə bu işin mahiyyətinə uyğundur. Şübhəsiz ki, bu komissiyaya başçılıq edən Ə.Abdullayevin maraqlarından irəli gəlir və onun universitetin, keçmiş rəhbərliyindəm qisas alması xidmət edir. Görəsən təhsil nazirinə bu qədər saxtakar mütəxəssis lazımdırmi? Adı çəkilən məxfi məlumatların saytlarda yayılması nəinki universitetin professor müəllim heyyətinin eləcə də bütün ictamaiyyətin haqlı narazılığına səbəb olmuş və Təhsil Nazirliyinin nüfuzunu sarsıldır.
Füzuli