Sosial şəbəkələrin əxlaqsızlıq xidməti

Ölkədə qəribə mənzərə yaranıb. İnsanlar ailələri ilə normal istirahətdən məhrum olublar. Elə vəziyyət yaranıb ki, paytaxtın park-bulvarında, iaşə obyektlərində istirahət mümkünsüz olub.

Ölkədə qəribə mənzərə yaranıb. İnsanlar ailələri ilə normal istirahətdən məhrum olublar. Elə vəziyyət yaranıb ki, paytaxtın park-bulvarında, iaşə obyektlərində istirahət mümkünsüz olub. Hətta günün istənilən vaxtında şəhərin mərkəzi parklarından keçib getmək belə qan qaraçılıq yaradır. Çünki əxlaqsız insanlar paytaxta təcavüz ediblər. Ətrafdakı insanları vecinə almayan gənclər günün günorta çağı parklarda bir-birlərinə sarılırlar. Eyni vəziyyət ən xırda qəlyanaltılardan tutmuş bahalı restoranlara qədər müşahidə olunmaqdadır. Dəhşətli hal odur ki, nəinki Bakıda, eləcə də ucqar kəndlərdə belə fəaliyyət göstərən kafe-barlar əxlaqsızlıq yuvasına çevrilib. Köhnə, uçuq, bir çarpayılıq otaqlardan tutmuş dəbdəbəli saraylara qədər bütün iaşə obyektlərində intim xidmətlər təklif olunur. Vəziyyət o həddə çatıb ki, adət ənənələrin iliyə işlədiyi, əxlaq məsələlərinin ciddi qorunduğu ucqar dağ rayonlarındaka kafelərdə zövqə uyğun qadın sifariş vermək mümkündür. Bakıdan rayonlara uzanan yol boyu yaşıllıqlardakı çayxanalar belə müştərilərə açıq şəkildə qadın təklif etməkdən çəkinmirlər. Ölkə boyu mövcud olan qadın salonları, masajxanalar xüsusi mühafizə altında intim xidmətlər göstərirlər. Kafe-barların qapısı ağzında dayanan yarıçılpaq qızlar seksual hərəkətləri, açıq-saçıq danışıqları ilə müştəri toplayırlar. Bu azmış kimi evlərdə əxlaqsızlıq yuvaları təşkil edilir, harınlamış, madiyyatı namusundan, vicdanından üstün tutan insanlar qadınları intim xidmət göstərməsi üçün xarici ölkələrə aparırlar. Maraqlı məqam ondan ibarətdir ki, "qadın biznesi"ni təşkil edənlərin sırasında azərbaycanlı qadın və kişilər üstünlük təşkil edir. Axşam saatlarında Bakının "Memar Əcəmi", "Neftçilər", "28 May" metrostansiyaların ətrafında toplaşan fahişələr ağına-bozuna baxmadan yoldan keçən kişilərə seks təklif edirlər. Memar Əcəmi kimi tanınan 2-ci mikrorayon ərazisində məişət pozğunluğu baş alıb getməyi barədə məlumat vermişdik. Məlumatda qeyd olunurdu ki, "Çudo peçka" yaxınlığındakı dayanacağa yığışan bir qrup əxlaqsız qadın hər kəsin gözü qarşısında müştərilərlə sövdələşmə aparır, əxlaqsız davranışları ilə diqqət çəkirlər. Araşdırmalar nəticəsində məlum olub ki, əxlaqsız qadınların yığışdığı yer təkcə bura deyil. "Çudo peçka"nın yaxınlığında, yan-yana yerləşən kafelerdə də müştəri gözləyən xanımların sayı az deyil. Onlar kafenin çöl hissəsində oturur, müştəri gözləyir və bundan heç bir narahatçılıq keçirmirlər. Bu proses o qədər açıq şəkildə aparılır ki, polisin bundan xəbərsiz olmasını güman etmək belə sadəlövlük olardı.Yəqin ki, axşam saatlarında Səməd Vurğun bağından keçən insanlar oradakı biabırçı vəziyyətlə rastlaşmamış deyillər. Sözügedən əraziyə toplaşan əxlaqsız qadınların işlətdikləri söyüşün biri "bir qəpiyə dəyməz". Acınacaqlı hal odur ki, belə vəziyyət şəhər sakinləri, Bakının qonaqları, lap elə hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verir. İndi isə bu dəhşətli vəziyyətə daha bir intim xidmət növü də əlavə edilib. Daha doğrusu, müasir informasiya kommunikasiya texnologiyaları seksual xidmətlərə də öz töhvəsini verməkdədir. Artıq Azərbaycanda məşhur olan elan saytlarında hər kəsi təəcübləndirən məlumatlar yerləşdirilib. Məlumatlarda bildirilir ki, qadınlar öz evlərində müzxtəlif xidmətlər adı altında kişilərə seksual münasibətlər təklif edirlər. Məsələn, Aytən adlı xanım öz evində kişilərə masaj xidməti təklif edir. Elanda qeyd olunur: Salam, adım Aytəndir. Mən kişilərə "kitayski masaj" təklif edirəm. Masaj öz evimdə olacaq. Bəylər razı qalacaq, kaprizim yoxdur. Masajdan sonra çay, kofe və duş təklif edirəm. Özüm çimizdirəcəm" Qeyd edək ki, Azərbaycanda internet məkanında bu cür təkliflər edən qadınların sayı artıb. Onlar daha çox sosial şəbəkələrdə özlərinin "pr"ı ilə məşğul olurlar və kişiləri "tora salırlar". Belə ki, bəzi xanımlar kişiləri evə dəvət edəndən sonra polisə zəng edib, ona təcavüz etdiyini iddia edirlər və bu yolla kişilərdən külli-miqdarda pul qazanırlar. Məlumat üçün qeyd edək ki, artıq yaranmış vəziyyət müvafiq qurumları da hərəkətə gətirib. Hələ bir müddət öncə Ombudsman Elmira Süleymanova Milli Məclisdə təşkil edilən "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı qeyd etmişdi ki, Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir. Əlavə etmişdi ki, ailə-məşişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır: "Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, hazırda hüquq-mühafizə orqanları beləı hallara qarşı ciddi mübarizə aparırlar: "Düzdür, bizdə əxlaqsızlıq yuvaları var və bunlar dünyanın hər yerində mövcuddur, amma bu, o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparır". Marqqlıdır, bəz ölkədə belə vəziyyətin yaranması hansı amillərdən qaynaqlanır? Millət vəkili Fazil Mustafa bildirib ki, qadınların içki içmələri, əxlaqsızlıqla məşğul olmalarının kökündə bir sıra ciddi məqamlar durur. Onun sözlərinə görə, bu çox təhlükəli bir haldır: "Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olublar. Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Hesab edirəm ki, Rusiya ilə müqayisədə Azəraycanda daha çox içki içilir. Bu çox üzücü bir haldır. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Hesab edirəm ki, hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prossesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır". F. Mustafa həmçinin bildirib ki, qadınların içki içmələri məsələsinə xüsusi diqqət ayrılmalıdır: "Neqativ halların sayı artmaqdadır. Bu problemin çıxış yolu isə ictimai müzakirədən keçir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Qadınların içkiyə meyilli olması əxlaqi deformasiya deməkdir. Hazırda əxlaqi deformasiya prossesi gedir. Fahişəlik baş alıb gedir. Cəmiyyətdə təkcə qadınların içki içmələri populyar məsələ deyil". O qeyd edib ki, Azərbaycanda fahişəliklə məşğul olan qadınların sayı durmadan artır: "Artıq əxlaqsızlıq kifayət qədər populyarlaşıb. Otellərdən tutmuş müxtəlif yerlədə açıq-aşkar fahişəlik geniş yayılıb. Bunların qarşını ictimai qınaqla almaq mümükündür. Bu sahədə çox təhlükəli vəziyyət yaranıb. Bu problemə ictimayyətin diqqətini yönəltmək lazımdır. Hər kəs öz əhatəsinə diqqət yetirib, bu problemin daha geniş yayılmamamasına çalışmalıdırlar".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00