İyun ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Cari ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 489 min 988 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 489 min 988 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 930 min 790 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyul ayının 1-ə qədər BTC-yə 307 milyon 606 min 179 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin iyun ayında BTC kəməri ilə 371 min 206 ton Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00