Dünya Təhsil Liderləri Forumu keçirilib
Cənubi Koreyanın Busan şəhərində Dünya Təhsil Liderlərinin 4-cü Forumu keçirilib. İqtisad Universitetinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Xarakter Təhsilinin bu günü və gələcəyi” mövzusunda keçirilən forumda Avropa, Asiya, Mərkəzi Amerika və Afrikanın 23 ölkəsindən 51 universitet rəhbəri iştirak edib. Forumun ilk sessiyasında UNEC-in rektoru, professor Ədalət Muradov “Universitetlərdə Xarakter Təhsili üzrə işin qurulması və bunun tələbələrə təsiri” mövzusu üzrə çıxış edib.
13 İyul 2016 11:47 SosialCənubi Koreyanın Busan şəhərində Dünya Təhsil Liderlərinin 4-cü Forumu keçirilib. İqtisad Universitetinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Xarakter Təhsilinin bu günü və gələcəyi" mövzusunda keçirilən forumda Avropa, Asiya, Mərkəzi Amerika və Afrikanın 23 ölkəsindən 51 universitet rəhbəri iştirak edib. Forumun ilk sessiyasında UNEC-in rektoru, professor Ədalət Muradov "Universitetlərdə Xarakter Təhsili üzrə işin qurulması və bunun tələbələrə təsiri" mövzusu üzrə çıxış edib. Rektor məruzəsində xarakter təhsilinin formalaşması istiqamətində UNEC-də yaradılan şəraitdən, atılan addımlardan danışıb. Tələbələrdə müəyyən xarakter formalaşdıran və bir sıra özəllikləri inkişaf etdirməyi hədəfləyən xarakter təhsilinin UNEC-də tətbiqi zamanı baza istiqamətlərə diqqət çəkilib. Ə.Muradov məruzəsinin sonunda xarakter təhsilinin tələbələrə göstərəcəyi təsirlər barədə təkliflər səsləndirib. Rektor bildirib ki, əsas dəyərlərin təbliği, yeni akademik kurrikumlara imkanlar yaratmaq, tələbə motivasiyasını əhəmiyyətli şəkildə təşviq etmək, universitetlərdə mədəniyyətin və təhsilin inteqrasiyasına, o cümlədən valideynlərin ali təhsil müəssisələri ilə fəal əməkdaşlığına nail olmaq xarakter təhsilinin təsir gücünü səmərəli edəcəkdir. Səfər çərçivəsində UNEC rektoru, professor Ədalət Muradov bir sıra universitet rəhbərləri ilə görüşlər keçirib.