Bakı-Sumqayıt-Bakı dəmir yolu xəttində infrastruktur yenilənir
Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi istiqamətində müvafiq işlər görülür.
13 İyul 2016 11:44 SosialBakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi istiqamətində müvafiq işlər görülür. "OLAYLAR"-ın Azərbaycan Dəmir Yollarına istinadən verdiyi xəbərə görə, hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və və turniketlərin quraşdırılması davam edir. Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir. Xırdalan stansiyasiyasında isı platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.