Ceyhan limanından 2,1 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2016-cı ilin iyun ayı ərzində 2 milyon 143 min 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
13 İyul 2016 11:43 Sosial2016-cı ilin iyun ayı ərzində 2 milyon 143 min 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 424 min 400 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 14 milyon 774 min 660 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyul ayının 1-ə qədər Ceyhan limanından 305 milyon 968 min 432 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00