Gəmiçiliyə sertifikat verilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev respublikamızda səfərdə olan Amerika Gəmiçilik Bürosu Avropa Divizionunun şərq regionu üzrə vitse-prezidenti Vassilios Kroustallis və ABS-in Xəzər regionu və Rusiya Federasiyası üzrə bölgə meneceri Bişvadeep Banerjee ilə görüşüb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev respublikamızda səfərdə olan Amerika Gəmiçilik Bürosu Avropa Divizionunun şərq regionu üzrə vitse-prezidenti Vassilios Kroustallis və ABS-in Xəzər regionu və Rusiya Federasiyası üzrə bölgə meneceri Bişvadeep Banerjee ilə görüşüb. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, Vassilios Kroustallis Bakıya səfərinin məqsədlərindən danışaraq, burada həyata keçirilən layihələrə toxunub, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə əməkdaşlığı yüksək qiymətləndirib. Qonaq ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə tərəfdar olduğunu vurğulayıb və ABS-in dəniz nəqliyyatının müxtəlif sahələrində xidmətlərini təklif edib. Rauf Vəliyev Gəmiçiliyin fəaliyyət istiqamətləri, görülən işlər və qarşıda düran hədəflər barədə ətraflı söhbət açıb. Bildirib ki, istər donanmaların, istərsə də sahil təşkilatlarının işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılması, bunun üçün xarici şirkətlərlə sıx əməkdaşlıq Gəmiçiliyin başlıca önəm verdiyi məsələlərdir. Beynəlxalq miqyasda tanınan Ernst & Young, Fitch Ratings, ABS kimi şirkətlərin təcrübəsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün böyük əhəmiyyət kəsb edir. Gəmiçiliyin sədri Amerika Gəmiçilik Bürosu ilə iş birliyini dəyərləndirərək, ABS Akademiyasının keçirdiyi treninqlərin səmərəsindən razılıq ifadə edib. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə də toxunublar. Görüşün sonunda Vassilios Kroustallis Rauf Vəliyevə AXDG-nin gəmi və sahil personalının korporativ təliminə yönəlmiş davamlı səylərinə görə ABS Akademiyasının Sertifikatını təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00