Gənclərin inkişafına dəstək İctimai birliyi Lerikdə tədbir keçirib

“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsinin icrasına başlamışdır.

"Gənclərin İnkişafına Dəstək" İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə "Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması" adlı layihəsinin icrasına başlamışdır.

Layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik rayonlarında gənclərin dini radikallıq və ekstremizmin təhlükələri haqqında maarifləndirmək üçün seminarlar və sonda Lənkəran şəhərində yekun konfransın keçirilməsi nəzərdə tutulur. Seminar iştirakçılarına müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyəti vurğulanacaq və din pərdəsi altında aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə əməkdaşlıq edərək birgə səylərinin artırılmasına və bu kimi faktların qarşısının alınması üçün gənclərin daha fəal olmalarının zəruriliyi qeyd ediləcəkdir.

Layihə çərçivəsində "Multikulturalizm, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycanın rolu" mövzusunda növbəti uğurlu seminar 09 İyul 2016 - cı il tarixində  Lerik şəhərində keçirilmişdir. Tədbirdə 16-29 yaş arası fəal gənclərlə yanaşı, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Natiq İsaqov, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lerik bölgəsi üzrə nümayəndəsi Azər Həsənli, Heydər Əliyev Mərkəzinin rəhbəri Hüsaməddin Abbasov, Lerik rayon Dini İcmanın rəhbəri, rayon ağsaqqalları və ziyalıları iştirak etmişlər.

Seminar birliyin rəhbəri Murad İbrahimov tərəfindən açıq elan edilmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra təlimçi t.e.n. Mobil Pencəliyev "Multikulturalizm, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycanın rolu" mövzusunda çıxış edərək tədbir iştirakçılarını məlumatlandırmış və tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından və eləcə də mültikultural dəyərlərə sahib ölkə olaraq dünyaya bir nümunə olmasından bəhs etmişdir.      

Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lerik rayonu üzrə nümayəndəsi Azər Həsənov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Natiq İsaqov, Lerik rayon Dini İcmanın rəhbəri və digər rayon ziyalıları çıxış edərək Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olduğundan söhbət açaraq insanların dini inanclarından istifadə etməklə onları radikallığa və ekstremizmə sövq etmək  kimi mənfi halların yolverilməz olduğu bildirilmişlər. Onlar eyni zamanda gənclərin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs edərək onların vətəninə, millətinə layiqli vətəndaş olmalarını tövsiyyə etmişlər.

Seminar, iştirakçıların sorğu-sualları ilə yekunlaşmış və tədbirin sonunda xatirə şəkili çəkilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00