“UNEC İctimai Nəzarət Şurası” hesabat verdi
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu “UNEC İctimai Nəzarət Şurası” yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, ildirilib ki, imtahan sessiyasında 12 min tələbə iştirak edib.
12 İyul 2016 16:47 SosialAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu "UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, ildirilib ki, imtahan sessiyasında 12 min tələbə iştirak edib. İmtahan müddətində Apellyasiya Komissiyasına 3500 müraciət daxil olub. Müraciətlərin 1400-ü müsbət həllini tapıb. 1200 müraciətə isə mənfi cavab verilib. 900 müraciət isə baxılma mərhələsindədir. Sonra Şura üzvləri KİV nümayəndələrinin suallarını cavablandırıb. "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması baxımından "UNEC İctimai Nəzarət Şurası" nın yaradılmasının müsbət hal olduğunu bildirib. Bu, ictimaiyyətdə yaranan neqativ fikirlərin qarşısını alır. A.Nağıyev gələcəkdə Şuranın daimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Mətbuat konfransında yekun hesabat açıqlanıb. Şura üzvləri UNEC-də imtahanlara hazırlığın yüksək səviyyədə təşkil olunduğu qənaətinə gəliblər. Bildirilib ki, tətbiq edilən imtahan metodu gələcəkdə də obyektivliyin və şəfffaflığın təmin olunmasına xidmət edəcək.