Avropaya könüllülər göndəriləcək

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından uğurla keçib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük könüllülük şəbəkəsinin akkreditasiyasası DVC-ə Avropa ölkələrinə gənclərin göndərilməsini, könüllülük təcrübəsi qazanmalarını təmin etməyə imkan verəcək.

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) "Avropa Könüllülük Xidməti"nin 2016-2019-cı illər üzrə akkreditasiyasından uğurla keçib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük könüllülük şəbəkəsinin akkreditasiyasası DVC-ə Avropa ölkələrinə gənclərin göndərilməsini, könüllülük təcrübəsi qazanmalarını təmin etməyə imkan verəcək. Təşkilat tərəfindən müəyyən edilən könüllülər Avropa könüllülük proqramı çərçivəsində müxtəlif təlimlərdə, işçi qruplarda iştirak edəcəklər. Gənclər ölkəmizi təmsil etməklə yanaşı fərqli mədəniyyətlərlə tanış olmaq, yeni biliklərə yiyələnmək, könüllülük təcrübələrini inkişaf etdirmək şansı qazanacaqlar. Sonda könüllülər "Youthpass" sertifikatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, "Avropa Könüllülük Xidməti" 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş "Erasmus+" Proqramının əsas istiqamətlərindən biridir. "Avropa Könüllülük Xidməti" 18-30 yaşlı gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları

məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat "Avropa Könüllülük Xidməti"nin akkreditasiyasından keçməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00