Metropolitençilər Fransada səfərdə olub

“Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı ilə bağlı “Thales” şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə yaranmış sualların müzakirəsi olub.

"Bakı Metropoliteni" QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı ilə bağlı "Thales" şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə yaranmış sualların müzakirəsi olub. Səhmdar Cəmiyyətdən bildirilib ki, Metropolitenin nümayəndə heyəti ilk olaraq Fransada "Thales" şirkətində, daha sonra şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən zavodunda görüşlər keçiriblər. Görüşlər zamanı hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi, yeni Bənövşəyi xəttin "Xocəsən" elektrik deposu, şərti adı "B-3" və "B-4" olan stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə sisteminin quraşdırılması, hazırda yeganə depomuz "Nəriman Nərimanov" elektrik deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil işıqforların, yolayırıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Qeyd edək ki, belə bir təcrübə, hələ ki, Sovet məkanında istismarda olan metropoliten xətlərində tətbiq olunmayıb. Əgər layihə gerçəkləşərsə, Bakı metropoliteni mövcud xətlərini ən müasir texniki standartlar səviyyəsinə çatdıran ilk postsovet ölkəsi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00